İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda bu yol çökdü, iri çuxur yarandı - VİDEO FOTO

1337 08.04.2026 14:47 Ölkə A A

Bakıda son günlər yağan güclü yağışlar yol infrastrukturunda fəsadlar yardıb.

Musavat.com xəbər verir ki, Nizami rayonu, Bəkir Çobanzadə küçəsində – “Sapfir” şadlıq evinin qarşısında yolun hərəkət hissəsində iri çuxur yaranıb.

Yağıntının təsiri ilə asfalt örtüyünün çökməsi sürücülər üçün təhlükəli vəziyyət yaradıb. Hazırda ərazi təhlükəsizlik məqsədilə lentlə əhatəyə alınıb. Bu isə nəqliyyatın hərəkətinə qismən məhdudiyyətlər gətirib.

Sakinlər bildirirlər ki, intensiv yağışlardan sonra bu cür hallar tez-tez təkrarlanır.

Şahanə Rəhimli
Musavat.com
Foto və video müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR