İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda məhkuma məxsus gizlədilmiş avtomat aşkarlanıb - BİRGƏ ƏMƏLİYYAT

455 02.01.2026 13:07 Ölkə A A

Bakıda məhkumun həbs edilməmişdən əvvəl gizlətdiyi avtomat aşkarlanıb.

Bu barədə Musavat.com-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatı Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir nəticəsində məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Binəqədi rayonu, İlham Hacıyev küçəsində yerləşən qəbristanlıqda torpağa basdırılaraq gizlədilən nömrəsi silinmiş "Kalaşnikov" markalı avtomat, ona məxsus daraq, eləcə də 29 ədəd 7,62 kalibrli avtomat gülləsi aşkar edilərək götürülüb.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR