İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda "moyka" işçisi maşını qaçırdı: İLGİNC BƏHANƏ GƏTİRDİ

915 21.02.2026 18:04 Kriminal A A

Bakının Binəqədi rayonunda talama cinayəti qeydə alınıb.

Bu barədə Musavat.com-a DİN-in Mətbuat xidmətindən bildirilib. 

Zərərçəkən polisə müraciət edərək yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi "Hyundai" markalı avtomobilinin naməlum şəxs tərəfindən qaçırıldığını bildirib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı B.İsmayılov saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, avtoyuma məntəqəsində çalışan həmin şəxs yumaq üçün ona həvalə olunan nəqliyyat vasitəsini "sürərək qurutmaq" bəhanəsi ilə qaçırıb. Nəqliyyat vasitəsi polis əməkdaşları tərəfindən sahibinə geri qaytarılıb.

Faktla bağlı araşdırmalar aparılır. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR