İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda yaşayış binasında yanğın - VİDEO

846 09.01.2026 00:46 Hadisə A A

Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı yanğının onyeddimərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində yerləşən mənzildə baş verdiyi və digər mənzillərə keçmə ehtimalının olduğu müəyyən edilib.

Yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bakı şəhərində yaşayış binasında yanğın başlayıb.

"Report" xəbər verir ki, hadisə metronun "Həzi Aslanov" stansiyasının yaxınlığında yerləşən hündürmərtəbəli yaşayış binasında qeydə alınıb.

Yanğınla əlaqədar əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikaları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ tədbirlər görülür. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR