İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakının mərkəzində avtobus YANDI - VİDEO

721 16.04.2026 10:53 Hadisə A A

"BakuBus" MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb.

Bu barədə paytaxtın İnşaatçılar prospektində avtobusda yanğın baş verməsi ilə bağlı Trend-in sorğusuna cavab olaraq "BakuBus" MMC-dən bildirilib.

Qurumdan qeyd edilib ki, tüstülənməyə səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub.

"Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndirilib və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib",- deyə MMC-dən əlavə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR