İnsanlara hürriyət, millətlərə istiqlal!

Baş nazirdən parlamentdə MÜHÜM açıqlamalar

627 09.12.2025 12:17 İqtisadiyyat A A

Baş nazir Əli Əsədov Milli Məclisin plenar iclasında çıxış edib.

Musavat.com-un məlumatına görə, Baş nazir əvvəlcə “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin və ümumilikdə büdcə zərfinə daxil olan sənədlərin Milli Məclisdə səmərəli müzakirəsinə, qaldırılan vacib məsələlərə, suallara, dəyərli təklif və tövsiyələrə görə millət vəkillərinə təşəkkür edib:

“Eyni zamanda, büdcə müzakirələrinin səmərəli təşkilinə görə Milli Məclisin rəhbərliyinə, hörmətli Sahibə xanım, şəxsən Sizə öz adımdan və Hökumət üzvləri adından minnətdarlığımı çatdırıram”.

Əli Əsədov deyib ki, 2026–2029-cu illəri əhatə edən növbəti ortamüddətli dövr hazırkı inkişaf meylləri baxımından ölkə qarşısında yeni strateji çağırışlar və hədəflər formalaşdırır.

Cari ilin ötən dövrü ərzində ölkə Prezidentinin həyata keçirdiyi xarici səfərlər və yüksək səviyyəli görüşlər ölkəmizin iqtisadi gündəliyinə yeni dinamika gətirib.

Məhz cari ilin 8 avqustunda Prezident İlham Əliyevin ABŞ-a tarixi səfəri çərçivəsində imzalanan sənədlər, o cümlədən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz nəqliyyat bağlantısı üzrə razılaşmanın əldə olunması regionda davamlı sülhün, beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının və iqtisadi inkişafın təmin olunmasına xidmət edəcək.

Bu dövrdə əldə olunmuş nailiyyətlər iqtisadi sabitliyin və dayanıqlığın qorunmasına, yeni investisiyaların cəlbinə və ölkəmizin beynəlxalq sahədə rolunun və mövqeyinin daha da möhkəmlənməsinə xidmət edir. Ali Baş Komandan, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu, Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, 2025-ci il “Konstitusiya və Suverenlik ili” kimi qeyd edilir.
Noyabrın 8-də qürur hissi ilə şahidi olduğumuz Zəfərimizin 5-ci ildönümünə həsr olunmuş möhtəşəm “Hərbi parad” müstəqil dövlətimizin gücünün, ordumuzun qüdrətinin və xalqımızın birlikdə yazdığı şanlı qələbənin təntənəsinə çevrildi”.

Baş nazir bildirib ki, Dünya İqtisadi Forumunun 2025-ci il üzrə “Qlobal Risk Hesabatı”nda sadalanan qlobal risklərə baxmayaraq, cari ilin 11 ayında makroiqtisadi göstəricilərimiz dayanıqlıdır:

“Güclü xarici balans, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri əsas müsbət göstəricilər kimi qeyd olunmalıdır”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR