Macarıstanın baş naziri Peter Macarın paylaşımı gündəm olub.
Musavat.com xəbər verir ki, Macar Pakistanın baş naziri Şahbaz Şərifin ona hədiyyə etdiyi 90 ədəd manqonu “X” hesabında paylaşaraq maraqlı qeyd yazıb:
“Hər kəs hədiyyə olaraq tapança vermir. Tarixi bir günün sonunda ofisimdə məni xoş sürpriz gözləyirdi. Pakistanın baş nazirindən hədiyyə olaraq 90 manqo aldıq. Cəmi bir saat ərzində onların yalnız bir neçəsi qalmışdı. Təşəkkür edirəm”.
Peter Macar paylaşımına əlində manqolarla çəkilmiş fotosunu əlavə etməklə yanaşı, iyulun 9-da NATO Zirvəsi zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ona hədiyyə etdiyi üzərində adı həkk olunmuş Magnum revolveri və patronlarla bağlı əvvəlki paylaşımına da istinad edib.
Nigar Həsənli
Musavat.com






