İnsanlara hürriyət, millətlərə istiqlal!

Başından güllə yarası alan məktəbli həyatını itirdi - FOTO

1220 03.05.2026 16:17 Dünya A A

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum zamanı ağır yaralanan 11 yaşlı Almina Ağaoğlu müalicə aldığı xəstəxanada vəfat edib.

Musavat.com xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda yerləşən Ayser Çalık orta məktəbində qeydə alınıb.

Silahlı hücum nəticəsində 1 müəllim və 8 şagird həyatını itirmiş, 17 şagird isə yaralanmışdı. Hücumu törədən şəxs hadisə yerində ölüb. Hücum zamanı başının arxa hissəsindən iki güllə yarası alan Almina Ağaoğlu bu gün səhər saat 05:45 radələrində xəstəxanada dünyasını dəyişib. Onun ölümü ilə hadisə nəticəsində həyatını itirən şagirdlərin sayı 9-a, ümumi ölənlərin sayı isə 11-ə çatıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR