İnsanlara hürriyət, millətlərə istiqlal!

Baxçalı İmamoğlu ilə bağlı ÇAĞIRIŞ ETDİ

1351 18.11.2025 13:44 Siyasət A A

Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun məhkəmə prosesinin ölkədəki bütün televiziya kanallarında canlı yayımlanmasına çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə o, partiyasının parlamentdəki qrup toplantısında deyib:

"Məhkəmə iclası canlı yayımlanmalıdır, o cümlədən dövlətə məxsus TRT kanalında. Türkiyə xalqı baş verənləri görməli və anlamalıdır".

Onun sözlərinə görə, İstanbul meriyasına qarşı korrupsiya iddialarının canlı yayımlarını izləmək imkanı vətəndaşların demokratik təsisatlara inamını gücləndirməyə kömək edəcək.

Qeyd edək ki, bundan əvvəl İmamoğlu özü məhkəmə prosesinin Türkiyə televiziyası ilə canlı yayımlanmasını təklif edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR