İnsanlara hürriyət, millətlərə istiqlal!

Belarus–Litva sərhədində gərginlik: furalar dayanıb, qaçaqmal havadan “uçur”

697 24.11.2025 15:19 Dünya A A

Belarus ilə Litva arasında sərhəd gərginliyi yenidən pik həddə çatıb. Litva mediasının məlumatına görə, sərhəd keçid məntəqələri açıq olsa da, Belarusda ilişib qalan litvalı furaların heç biri geri buraxılmayıb.

Musavat.com xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin açıqlamasında bildirilir ki, Belarus yalnız rus nömrəli və “sadələşdirilmiş rejim”də hərəkət edən furaları sərhəddən keçirir, litvalı furalar isə hələ də qapıda qalır.

Buna paralel olaraq, sərhəddə “havadan qaçaqmal xətti” də aktivləşib. Latviya sərhədçiləri artıq 7 ədəd meteozon saxlayıb; hər birində 60 min siqaret yerləşdirilib. Şarlar Belarus ərazisindən buraxılır və GPS-siz, külək istiqamətinə uyğun şəkildə Baltik ölkələrinə istiqamət götürür.

Litvada vəziyyət daha ciddi olub: onlarla belə aerozon qeydə alınıb. Hətta Vilnüs hava limanı iki dəfə bağlanmalı olub, çünki radarlar uçuş-enmə zolağına doğru gələn şarların siqnallarını tutub.

Hazırda sərhəd məsələsi və qaçaqmal axını Baltik ölkələrində müzakirələrin əsas mövzusu olaraq qalır. Litvalı sürücülərin blokadası və sərhəddəki qeyri-müəyyənlik fonunda sərhədi yenidən bağlamaq variantı yenidən gündəmə gələ bilər. Qeyd edilib ki, Lukaşenko furaları saxlayıb, qaçaqmal isə havadan “uçur”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR