Belarus və Rusiya bazarlarında Çin istehsalı LiXiang elektrik krossoverlərinin qiymətləri arasında ciddi uçurum yaranıb.
Musavat.com xəbər verir ki, Belarusda bu modellər Rusiyadan demək olar ki, iki dəfə ucuz satılır.
Belarus qiymətləri
L6 Pro — 3 milyon rubl (≈ 54 min AZN)
L7 Pro — 3,5 milyon rubl (≈ 63 min AZN)
L9 Ultra — 5,1 milyon rubl (≈ 92 min AZN)
Rusiya qiymətləri
L6 Pro — 6,89 milyon rubl (≈ 125 min AZN)
L7 Pro — 7,69 milyon rubl (≈ 140 min AZN)
L9 Ultra — 9,49 milyon rubl (≈ 173 min AZN)
Qiymət fərqinin əsas səbəbləri vergilər, idxal rüsumları, eləcə də rəsmi diler marjalarıdır. Belarusda elektrikli avtomobillərin rüsumları xeyli aşağı olduğundan qiymətlər də sərfəli formalaşır.
Musavat.com






