İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində İran səfirliyinin binasından bayraq endirildi

624 14.01.2026 17:58 Dünya A A

Berlində İran İslam Respublikasının Almaniyadakı səfirliyinin binasından İran bayrağı endirilib.

Musavat.com-un DV-yə istinadən verdiyi məlumata görə, İranda etirazçılarla həmrəylik məqsədilə keçirilən mitinq zamanı səfirliyin binasından bayrağı endirməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Məlumata əsasən, onlar mövcud İran bayrağını endirdikdən sonra İranın iki tarixi bayrağını qaldırmağa cəhd ediblər, lakin buna nail ola bilməyiblər.

Səfirliyin mühafizəçiləri onları ərazidən uzaqlaşdırmaq üçün bibər qazından istifadə ediblər. Polis isə səfirliyin yaxınlığında 28 və 33 yaşlarında olan iki şəxsi saxlayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR