ABŞ və Ukrayna nümayəndələri Cenevrədə Il Lago restoranında birgə şam edərkən görüntüləndi
Musavat.com xəbər verir ki, Cenevrədə maraqlı bdiplomatik detallara rast gəlinib: ABŞ və Ukrayna nümayəndə heyətləri Four Seasons Hotel des Bergues-in ərazisində yerləşən məşhur Il Lago restoranında birgə şam yeməyi zamanı kameralara tuş gəlib.
Diplomatik mənbələr görüşü təsdiqləyib. Məlumata görə, bu qeyri-rəsmi şam yeməyi danışıqların gərgin mərhələsi ilə eyni vaxtda baş tutduğundan, tərəflərin rəsmi görüşlərdən kənarda da müzakirələri davam etdirib.
Restoranda hansı mövzuların müzakirə edildiyi açıqlanmayıb.
Musavat.com






