İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bivəfa” ifası ilə diqqət çəkdi VİDEO

2112 13.04.2026 19:03 Şou-biznes A A

“Maska” şousunun növbəti buraxılışı tamaşaçılara yenə də maraqlı və yaddaqalan anlar bəxş edib.

Musavat.com xəbər verir ki, rəngarəng səhnə performansları, iştirakçıların gizli kimliyi ətrafında yaranan intriqa və münsiflərin fərziyyələri proqramın dinamikasını daha da artırıb.

Bu dəfə xüsusilə “Səməni” maskası gecənin ən çox müzakirə olunan çıxışlarından biri olub. Kimliyi hələ də açıqlanmayan iştirakçı müğənni Rəqsanə İsmayılovanın sevilən “Bivəfa” hitini tam fərqli üslubda təqdim edib. Onun həm vokal performansı, həm də səhnə şousu tamaşaçıların böyük marağına səbəb olub.

“Səməni” maskasının çıxışı zamanı səhnə dekorasiyası, xoreoqrafiya və kostyumun vizual effekti ifanı daha da təsirli edib. Münsiflər heyəti iştirakçının kimliyi ilə bağlı müxtəlif ehtimallar səsləndirsə də, yekdil qərara gəlmək mümkün olmayıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR