"Oyundan sonra rəqib komandanın baş məşqçisi ilə matçda baş verən münaqişədən danışdıq".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"la keçirilən matçdan sonra mətbuat konfransında deyib:
"Çünki onların köməkçisi bizə qarşı ədəbsizlik etmişdi. Bildirdim ki, bizim bütün heyətdən buna görə üzr istəmək lazımdır. O da dedi ki, məşqçinin əvəzinə mən hamınızdan üzr istəyirəm".//Milli.Az






