İnsanlara hürriyət, millətlərə istiqlal!

BMT Rusiyadan ukraynalı uşaqların qaytarılmasını tələb etdi

345 04.12.2025 09:50 Dünya A A

BMT Baş Assambleyası Rusiyadan qanunsuz deportasiya edilmiş bütün ukraynalı uşaqların dərhal və heç bir ilkin şərt olmadan geri qaytarılmasını tələb edir.

Musavat.com xəbər verir ki, müvafiq qətnamə səs çoxluğu ilə qəbul edilib: "Baş Assambleya... Rusiya Federasiyasından qanunsuz olaraq deportasiya edilmiş ukraynalı uşaqların dərhal, təhlükəsiz və qeyd-şərtsiz geri qaytarılmasını təmin etməsini tələb edir; Rusiya Federasiyasını məcburi deportasiya, uşaqların ailələrindən və qanuni qəyyumlarından ayrılması, şəxsi statuslarının dəyişdirilməsi, o cümlədən vətəndaşlıq, övladlığa götürmə və ya himayədar ailələrə yerləşdirilməsi və ukraynalı uşaqların təlqin edilməsi kimi hər hansı bir təcrübəni dərhal dayandırmağa çağırır".

Sənədi 91 ölkə dəstəkləyib, 12 ölkə əleyhinə səs verib, 57 ölkə isə bitərəf qalıb. Rusiya ilə yanaşı, Belarus, İran, Nikaraqua, Kuba, Eritreya, Mali və bir sıra digər ölkələr qətnamənin əleyhinə səs veriblər.

Çin, Hindistan, Braziliya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Misir, Qətər və Pakistan da daxil olmaqla 57 ölkə səsvermədə bitərəf qalıb.

 

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR