İnsanlara hürriyət, millətlərə istiqlal!

“Boş söhbətdir, cəhənnəm olsun” – Siyavuş Kərimidən Almaxanıma cavab - VİDEO

1259 15.04.2026 14:48 Ölkə A A

Ötən il Baku TV-nin “Aktual Gündəm” verilişində çıxış edən müğənni Almaxanım Əhmədli Xalq artisti Siyavuş Kəriminin Respublika “Muğam” və beynəxalq müsabiqədə qaliblərin yerlərini pulla satdığını iddia etmişdi.

AStar Tv “YouTube” layihəsinə qonaq olan Xalq artisti Siyavuş Kərimi bu iddialara yenidən münasibət bildirib.

O, səsləndirilən fikirləri təkzib edərək deyib:

“Konservatoriyada heç bir fond olmayıb. Boş söhbətdir. Şahların dalınca həmişə danışırlar. Mənə zəng etdilər, dedim cəfəngiyyatdır, mən ona niyə reaksiya verməliyəm? Boş söhbətdir, cəhənnəm olsun. Getsin sübut etsin”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR