Teleaparıcı Afaq Gəncəli Xalq artisti Röya Ayxanın “Məni ürəklə, layiqincə təqdim etmir” sözlərinə cavab verib.
“Musavat TV”yə açıqlama verən Afaq Gəncəli öncə danışmaq istəməsə də, daha sonra mövzunu belə şərh edib:
“Mən əslində bu haqda danışmaq istəmirəm. Amma özümü tanıyıram, özümə hörmət edirəm. Verilişimdə necə ürəklə Röyanı təqdim etmişəmsə, tədbirlərdə də eyni qaydada davranıram”.
Teleaparıcı əməliyyat olunması barədə yayılan xəbərlərə də münasibət bildirib:
“Bir il öncə göz qapaqlarımdan əməliyyat olunmuşam. Artıq ikinci əməliyyata hazırlaşıram. Gözəl görünməyi sevirəm. Düşünürəm ki, mənə yaraşıb”.
Könül
Musavat.com






