İranda təhsil sistemi ilə bağlı narazılıqlar yenidən küçələrə çıxıb.
Musavat.com xəbər verir ki, bu gün Tehran və Şiraz şəhərlərində tələbə və abituriyentlərin iştirakı ilə etiraz aksiyaları keçirilib.
Etirazçılar universitetlərə qəbul qaydaları, yekun imtahan sistemi və təhsil sahəsində tətbiq olunan son dəyişikliklərə qarşı şüarlar səsləndiriblər.
Onlar qəbul prosesində məktəb qiymətlərinin təsirinin artırılmasını və mövcud mexanizmləri ədalətsiz hesab etdiklərini bildiriblər.
Musavat.com






