İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu dövlət şirkəti ləğv olunur

1336 07.01.2026 18:19 Gündəm A A

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus "Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" MMC ləğv olunduğunu elan edib.

Musavat.com bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.

Məlumata görə, kreditorlar iki ay ərzində tələblərini ƏMDX-nın yerləşdiyi Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 139 ünvanına bildirə bilərlər.

"Daşınmaz Əmlak Bülleteni və Mülkiyyət qəzeti" 2006-cı ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 300 manat, qanuni təmsilçisi isə Əli Zülfüqar oğlu Əhmədovdur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR