İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu həftə iş saatı qısaldılacaq

2060 06.05.2026 03:19 Ölkə A A

Azərbaycanın istehsalat təqviminə əsasən cari ilin may ayında iş saatlarında iki dəfə dəyişiklik ediləcək. İş vaxtının azaldılması Əmək Məcəlləsinin müvafiq tələbləri ilə tənzimlənir.

Ölkədə fəaliyyət göstərən dövlət və özəl müəssisələrdə ilk qısaldılma mayın 8-də qüvvəyə minəcək. Faşizm üzərində Qələbə Günü qeyri-iş gününə düşsə də qanunvericiliyin 108-ci maddəsi bayramdan əvvəlki gün üçün güzəşt nəzərdə tutur. Həmin tarixdə bütün çalışanlar üçün iş vaxtı bir saat azaldılacaq.

Ayın sonuna doğru analoji prosedur Qurban bayramı ilə əlaqədar təkrar olunacaq. Mayın 27-də başlayacaq rəsmi tətil ərəfəsində yəni mayın 26-da da iş saatı bir saat qısa olacaq. Mayın 27-dən etibarən isə ölkədə ardıcıl beş günlük bayram tətili tətbiq ediləcək.//Demokrat.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR