İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu kartofları yeməyin – Zəhərlənmə riski var

1572 03.03.2026 10:34 Gündəm A A

Yaz aylarına yaxın evdə saxlanılan kartoflarda cücərmə və qabığın yaşıllaşması halları artır.

Mütəxəssislər xəbərdarlıq edir ki, belə kartofları sadəcə təmizləyib istifadə etmək sağlamlıq üçün təhlükəli ola bilər.

Qida təhlükəsizliyi üzrə ekspertlərin sözlərinə görə, əsas risk kartofun tərkibində olan qlikoalkaloidlər - solanin və çakonin maddələridir. Bu toksinlərin miqdarı işıq, istilik və uzun müddət saxlanma nəticəsində artır. Xüsusilə yaşıl ləkələrdə və cücərtilərdə onların səviyyəsi yüksək olur.

Adi bişirmə üsulları bu maddələri tam məhv etmir. Solanin zəhərlənməsi zamanı qarın ağrısı, ürəkbulanma, qusma və başgicəllənmə kimi əlamətlər yarana bilər.

Mütəxəssislər bildirirlər ki, yumşalmış, güclü yaşıllaşmış və çox cücərmiş kartofdan istifadə etmək olmaz. Kartof qaranlıq, sərin və yaxşı havalandırılan yerdə saxlanılmalıdır./Milli.az/

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR