İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə də SEPAH-a qarşı sanksiyalar tətbiq etdi

840 03.02.2026 09:31 Dünya A A

Avstraliya İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvləri də daxil olmaqla 20 İran vətəndaşına sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, məlumatı ölkənin xarici işlər naziri Penni Vonq açıqlayıb:

“Avstraliya hökuməti 20 İran vətəndaşına və üç quruma qarşı əlavə sanksiyalar tətbiq edir. Yeni qərara İran xalqına qarşı zülmdə, daxili etirazların qəddarcasına yatırılmasında və həm İran daxilində, həm də xaricində həyatlara təhdid törədilməsində iştirak edən İslam İnqilabı Keşikçiləri Korpusunun yüksək vəzifəli üzvləri daxildir”.

Nazir xatırladıb ki, Avstraliya hakimiyyəti 2025-cu ilin noyabrında SEPAH-ı terrorizmin dövlət sponsoru kimi tanıyıb. Onun sözlərinə görə, Avstraliya 300-dən çox İran vətəndaşına və qurumuna sanksiyalar tətbiq edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR