Səudiyyə Ərəbistanı Türkiyənin KAAN beşinci nəsil qırıcı təyyarə proqramında iştirak edib-etməmək barədə qərar vermək üzrə son mərhələyə gəlib.
Musavat.com xəbər verir ki, bu barədə “Turkish Aerospace” şirkətinin baş direktoru Mehmet Demiroğlu “Breaking Defense”ə müsahibəsində bildirib.
“Bu il mühüm bir mərhələyə çatmağı ümid edirik”, - deyə Demiroğlu vurğulayıb.
Müzakirələr kiçik bir partiyanın (təxminən 20 təyyarə) birbaşa alınmasından tutmuş Səudiyyə Ərəbistanında yerli istehsal xəttinin qurulmasına qədər müxtəlif ssenariləri əhatə edir.
Yerli yığım xəttinin qurulması layihənin iqtisadi baxımdan səmərəli olması üçün ən azı 50 qırıcı təyyarə sifarişi tələb edəcək.
Musavat.com






