İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkə Ukraynaya qırıcılar VERDİ

994 11.02.2026 09:35 Dünya A A

Fransa 2025-ci ildə artıq təhvil verilmiş 3 təyyarəyə əlavə olaraq Ukraynaya daha 2 "Mirage 2000" qırıcı təyyarəsi tədarük etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı "Le Journal du Dimanche" (JDD) qəzeti yayıb.

Bildirilir ki, fevralın 7-də Kiyevə səfərindən sonra Fransa Silahlı Qüvvələri naziri Ketrin Votren Ukraynaya 2 milyard avro yardım vəd edib.

Bu məbləğə Fransa Aerokosmik Qüvvələrindən iki 2000-5F qırıcı təyyarəsinin tədarükü də daxildir. Nəşrin məlumatına görə, bu iki təyyarənin "növbəti altı ay ərzində" Ukrayna Hərbi Hava Qüvvələrinə çatdırılması və "2025-ci ildə təhvil verilmiş əvvəlki üç təyyarəni tamamlaması" gözlənilir.

Bu qırıcı təyyarələr partiyası Fransa Prezidenti Emmanuel Makron tərəfindən 2024-cü ildə təsdiq edilmiş müqavilənin bir hissəsidir. Avadanlıqların tədarükünə əlavə olaraq, pilotların təlimi və təyyarələrin modernləşdirilməsi, o cümlədən hava-yer zərbəsi və elektron əks tədbirlər avadanlıqlarının quraşdırılması da daxildir.

Ukrayna ilk Fransız "Mirage" qırıcı təyyarələrini 2025-ci ilin fevral ayında Parisdən alıb. Təqdim edilən avadanlığın miqdarı barədə məlumat gizli saxlanılıb və Fransa Silahlı Qüvvələrinin o vaxtkı naziri Sebastyan Lekornu neçə qırıcının çatdırılmasının planlaşdırıldığını dəqiqləşdirməyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR