İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu ölkənin prezidenti istefa verdi

2943 19.01.2026 23:53 Dünya A A

Bolqarıstan prezidenti Rumen Radev xalqa müraciət edərək prezident postundan istefa verdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, Radev doqquz il əvvəl Bolqarıstan vətəndaşlarının səsi ilə ölkəyə xidmət etmək mandatı aldığını xatırladıb.

O bildirib ki, bu illər ərzində ölkə bir sıra ağır böhranlarla üzləşib, oliqarxiyanın təzyiqləri fonunda 2020 və 2025-ci illərdə kütləvi etiraz aksiyaları baş verib. Prezidentin sözlərinə görə, yaranmış siyasi vəziyyət onu bir neçə dəfə müvəqqəti hökumət kabinetləri təyin etməyə məcbur edib.

Rumen Radev vurğulayıb ki, bu müraciət onun prezident kimi xalqa son çıxışıdır. O, ilk növbədə vətəndaşlardan üzr istəyib, göstərilən səbrə görə təşəkkür edib və yol verdiyi səhvləri açıq şəkildə etiraf etdiyini bildirib.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR