İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu reklamlar QADAĞAN EDİLDİ - SƏBƏB

652 11.01.2026 02:20 Dünya A A

Böyük Britaniya hökuməti uşaqların sağlamlığını qorumaq üçün sərt addım atıb. Yeni qərara əsasən, zərərli qida məhsullarının reklamı ciddi şəkildə məhdudlaşdırılıb.

Musavat.com xəbər verir ki, fastfud, şirniyyat və şirin içkilərin televiziya reklamına yalnız saat 21:00-dan sonra icazə veriləcək. Bu kateqoriyaya aid məhsulların onlayn reklamı isə günün istənilən vaxtında tam qadağan olunur.

Gözlənilən nəticələr

Uşaqların illik qida rasionundan 7,2 milyard kalori çıxarılacaq

20 minə yaxın uşaqda piylənmənin qarşısı alınacaq

Səhiyyə sistemində diabet, xərçəng və ürək-damar xəstəliklərinin azalması hesabına təxminən 2 milyard funt sterlinq qənaət ediləcək


Rəsmi statistika nə deyir?

İbtidai məktəblərdə uşaqların 22,1%-i artıq çəki və ya piylənmədən əziyyət çəkir

Yuxarı siniflərdə bu göstərici 35,8%-ə yüksəlir

Diş çürüməsi 5–9 yaşlı uşaqlar arasında xəstəxanaya yerləşdirilmənin əsas səbəbidir


Qadağalar bununla bitmir

Reklam məhdudiyyəti genişmiqyaslı dövlət proqramının yalnız bir hissəsidir. Plan çərçivəsində:

Şirin içkilərə tətbiq edilən vergi genişləndirilir (südlü kokteyllər də daxil edilir)

16 yaşdan aşağı uşaqlara energetik içkilərin satışı qadağan olunur

Yerli hakimiyyətlərə məktəblərin ətrafında fastfud obyektlərini yasaqlamaq səlahiyyəti verilir

Uşaq bağçalarında dişlərin təmizlənməsi üzrə dövlət proqramı tətbiq edilir

Rəsmi London bildirir ki, məqsəd biznesə zərbə vurmaq yox, uşaqların sağlam gələcəyini qorumaqdır və bu siyasət gələcəkdə daha da sərtləşdiriləcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR