İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu səhnə qardaş ölkəni “silkələdi” – Ayağa qalxdılar: “Bezmişik...” - FOTO

2293 22.02.2026 09:18 Şou-biznes A A

“Star TV”də yayımlanan “Sevdiğim sensin” serialında nümayiş etdirilən bir səhnə tamaşaçılar arasında narazılıq doğurub və sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musavat.com-un xəbərinə əsasən, sözügedən serialda kənddən şəhərə gələn gənc qız obrazının eskalatorun nə olduğunu bilməməsi və ona minmək istəməməsi bir çox izləyici tərəfindən qeyri-real və alçaldıcı kimi qiymətləndirilib.

Məsələ Mihalqazi bələdiyyə başçısı Zeynep Güneşin geyimi ilə bağlı tənqid və hədəfə alınması hadisəsindən sonra baş verdiyi üçün daha da həssas qarşılanıb. Tamaşaçılar hesab edirlər ki, bu cür səhnələr cəmiyyətdə müəyyən təbəqələrə qarşı stereotipləri gücləndirir.

Sosial mediada yazılan bəzi rəylərdə bildirilib:

“Bu yaşda bir qızın indiki dövrdə bu qədər cahil olması mümkün deyil. Bu tip seriallardan bezmişik”.

“Bu, skandal deyil, sadəcə ölkə bunu sevir”.

“Bu tip seriallardan bezmişik”.

“Bu dövrün kəndlisi səni susuz aparıb, susuz gətirər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR