İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu tankerlərin icarə haqqı kəskin artdı

664 24.11.2025 13:56 Dünya A A

Yaxın Şərqdən Çinə neft daşımaq üçün supertankerlərin (VLCC) icarə haqqı 2025-ci ildə Rusiya əleyhinə sanksiyalar fonunda 576 faiz artaraq gündə təxminən 137.000 dollara çatıb.

Musavat.com "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu, 2020-ci ildən bəri ən yüksək göstəricidir.

Hesabatda bildirilir ki, daşımalara tələbatın artması ABŞ-ın Rusiya şirkətlərinə qarşı sanksiyalarının tətbiqi fonunda baş verib. Məhdudiyyətlər idxalçıları Yaxın Şərq istehsalçılarından enerji almağa məcbur edir. Amerika investisiya firması Jefferies LLC-nin analitiki Ömər Nokta qeyd edib ki, daşımalara tələbatın artması ABŞ-da və Rusiya, Səudiyyə Ərəbistanı, İraq, BƏƏ, Qazaxıstan, Əlcəzair, Oman və Küveyti əhatə edən OPEC+ ölkələrində neft hasilatının artması ilə üst-üstə düşüb.

Keçən həftə noyabrın sonu və dekabr aylarında Yaxın Şərqdən neft daşımaq üçün təxminən 10 gəmi lizinqə götürülüb. Vortexa şirkətinin aparıcı yük daşımaları üzrə analitiki İoannis Papadimitriou vurğulayıb ki, daha kiçik gəmilər, xüsusən də Suezmax sinifli gəmilər supertanker marşrutlarından istifadə etməyə başlayıblar. Suezmax gəmiləri 2 milyon barelə qədər neft daşıya bilən supertankerin təxminən yarısını daşıyaraq tam yüklü şəkildə Süveyş kanalından keçə bilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR