İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yazını 40 yaşı olanlar OXUSUN

1026 11.02.2026 15:03 Yaşam A A

Alimlərin fikrincə, insan həyatında ən yorucu dövr 40 yaşdan sonra başlayır.

Musavat.com bildirir ki, bu barədə "Daily Mail" Britaniya Bristol Universitetinin anatomiya professoru Mişel Spirə istinadən məlumat verib.

Professorun sözlərinə görə, orta yaş dövründə “biologiya ilə yük arasında uyğunsuzluq” yaranır.

Belə ki, bu yaş dövründə orqanizm hələ enerji istehsal edə bilir, amma daha az effektiv şəkildə, eyni zamanda tələb və stress (karyera, ailə, gündəlik öhdəliklər) maksimum səviyyəyə çatır.

40 yaşdan sonra əzələ kütləsi azalır, yuxu keyfiyyəti pisləşir, stressə qarşı həssaslıq artır. Qadınlarda əlavə olaraq perimenopoz dövründə hormonal dəyişikliklər də bu prosesə təsir göstərir.

Gənclik dövründə bədən daha sürətlə bərpa olunur və yuxusuzluğu, fiziki yükü daha asan qəbul edir.

Alimlər vurğulayır ki, enerjidəki azalma müvəqqətidir. 60 yaşdan sonra bir çox insanlarda vəziyyət stabilləşir, çünki stress azalır və həyat tərzi daha sakit olur. Hər yaşda enerjili qalmaq üçün kifayət qədər yuxu, güc məşqləri və balanslı qidalanma mühüm rol oynayır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR