İnsanlara hürriyət, millətlərə istiqlal!

Cəlilabadda BƏDBƏXT HADİSƏ - Anası 14 yaşlı oğlunun ölümənə səbəb oldu

1372 10.03.2026 23:20 Hadisə A A

Araşdırma zamanı məlum olub ki, M. Abdulhüseynlinin anası, Səliqə Abdulhüseynova əlində bıçaqla ət doğrayan zaman ehtiyatsızlıqdan oğlunu itələyib və o bıçaq xəsarəti alıb.

Xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. S. Abdulhüseynova saxlanılıb, faktla bağlı araşdırma aparılır.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan hadisə ilə bağlı Lent.az-a bildirilib ki, faktla bağlı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır.

Hadisə ilə bağlı əlavə şərh verilməyib.

***

Cəlilabadda üzərində xəsarət izi olan meyit aşkarlanıb.

Musavat.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sərhədabad kəndində qeydə alınıb.

Araşdırmalarla məlum olub ki, meyit kənd sakini, 14 yaşlı Abdulhüseynli Mirkamal Mirqafur oğluna aiddir.

İlkin məlumata görə, mərhumun ürək nahiyəsində xəsarət izi olub.

Hadisənin qətl və ya bədbəxt hadisə nəticəsində olması hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR