Çempionlar Liqasında ümumi mərhələnin səkkiz turundan sonra titul uğrunda mübarizəni davam etdirəcək 24 komanda müəyyənləşib. Sfera.az xəbər verir, ümumi mərhələdə 36 komanda iştirak edib. İlk səkkiz komanda birbaşa 1/8 finala vəsiqə qazanıb, 9-cu yerdən 24-cü yerə qədər olan komandalar isə 1/8 finala çıxmaq üçün pley-off mərhələsində mübarizə aparacaq.
1/8 finala birbaşa vəsiqə qazanan komandalar bunlardır:
İngiltərə:
Arsenal (24 xal), Liverpul (18), Tottenhem (17), Çelsi (16), Mançester Siti (16)
Almaniya: Bavariya (21)
İspaniya: Barselona (16)
Portuqaliya: Sportinq (16)
Pley-off mərhələsində mübarizə aparacaq komandalar:
İspaniya: Real Madrid (15), Atletiko Madrid (13)
İtaliya: İnter (15), Yuventus (13), Atalanta (13)
Fransa: PSJ (14)
İngiltərə: Nyukasl Yunayted (14)
Almaniya: Bayer (12), Borussia Dortmund (11)
Yunanıstan: Olimpiakos (11)
Belçika: Klub Brügge (10)
Türkiyə: Qalatasaray (10)
Monako: Monako (10)
Azərbaycan: Qarabağ (10)
Norveç: Bodo-Qlimt (9)
Portuqaliya: Benfika (9)
Pley-off mərhələsinin püşkatması 30 yanvarda keçiriləcək. İlk oyunlar 17-18 fevralda, cavab oyunları isə 24-25 fevralda keçiriləcək. 1/8 finalın ilk oyunları 10-11 mart, cavab oyunları isə 17-18 mart tarixlərində olacaq.
Çempionlar Liqası Avropanın ən prestijli klub turniridir. Turnirdə ən çox qələbə qazanan komanda “Real Madrid”dir (15), hazırkı çempion isə Fransanın PSJ klubudur.**sfera.az






