İnsanlara hürriyət, millətlərə istiqlal!

Cenevrə danışıqlarına saatlar qalmış Rubiodan İran açıqlaması

930 17.02.2026 00:38 Dünya A A

ABŞ İranla diplomatik yollarla razılığa gəlməyə ümid edir, lakin belə bir nəticənin perspektivlərini şişirtməyə meylli deyil.

Musavat.com-un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Budapeştdə Macarıstanın baş naziri Viktor Orbanla birgə mətbuat konfransında bildirib.

Bununla belə, Rubio ümidini itirmədiyini də vuğulayıb: “İranla razılaşmaq çətindir. Biz həmişə bunun çətin olduğunu demişik, amma çalışacağıq. Düşünürəm ki, bizi narahat edən məsələləri diplomatik yolla nəzərə alan İranla razılığa gəlmək imkanı var”.

Rubio Vaşinqtonun Tehranla razılığa gəlmək üçün səy göstərəcəyini deyib: "Danışıqlar aparanlarımız hazırda ora gedirlər. Görüşlər keçirəcəklər. Görəcəyik nə olacaq. Ümid edirik ki, razılaşma əldə olunacaq".

Qeyd edək ki, fevralın 6-da İran-Amerika danışıqlarının ilk raundu Omanda keçirlib.

Danışıqların növbəti raundunun sabah, 17 fevralda Cenevrədə keçirilməsi gözlənilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR