İnsanlara hürriyət, millətlərə istiqlal!

CENTCOM İrana zərbə planını Trampa təqdim etdi

1148 27.02.2026 09:30 Dünya A A

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper prezident Donald Trampa İrana qarşı mümkün hərbi güc tətbiqi ilə bağlı təkliflər təqdim edib.

Musavat.com xəbər verir ki, məlumatı X hesabında Amerikanın Axios portalı və İsrail televiziyasının 12-ci kanalının müxbiri Barak Ravid ABŞ rəsmisinə istinadən yayıb. O qeyd edib ki, Kuper "cümə axşamı günü prezident Trampa İrana qarşı hərbi əməliyyat variantları barədə məlumat verib". Ravid ABŞ tərəfinin bu məsələ ilə bağlı hər hansı bir qərar qəbul edib-etmədiyini dəqiqləşdirməyib. CENTCOM-un əməliyyat sahəsinə əsasən Yaxın Şərq daxildir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR