İnsanlara hürriyət, millətlərə istiqlal!

Cərimədən nəticə çıxarmadı - 2 il maşın sürə bilməyəcək

629 21.02.2026 18:28 Ölkə A A

Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

Musavat.com DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir ki, sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. 

Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib. Eyni qanunazidd əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə inzibati məsuliyyətə cəlb olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR