İnsanlara hürriyət, millətlərə istiqlal!

Çernobıldakı “mavi itlər”in sirri açıldı

1396 09.12.2025 02:23 Dünya A A

Musavat.com xəbər verir ki, Çernobıl zonasından yayılan və sosial şəbəkələrdə “mutant itlər” kimi təqdim edilən mavi rəngli heyvanlarla bağlı həqiqət ortaya çıxıb.

ABŞ-bioloqu, professor Timoti Musso Fox News-a açıqlamasında bildirib ki, itlərin qeyri-adi rəngi radioaktivliklə bağlı deyil.

Musavat.com-un məlumatına görə, Musso izah edib ki, küçə itləri sadəcə olaraq portativ biotualetlərdə istifadə olunan rəngləyici maddəyə bulaşıb. Zibilxanalarda, palçıq və müxtəlif tullantıların arasında gəzən heyvanlarda belə rəng dəyişimi “adi, məişət səviyyəli boyanma”dır və heç bir mutasiya və ya təbii uyğunlaşma ilə əlaqəsi yoxdur.

Xatırladaq ki, payız aylarında Çernobılın səfhə bölgəsindən yayılan mavi tüklü itlərin fotoları geniş müzakirələrə səbəb olmuş, onların guya “radiasiya nəticəsində dəyişdiyi” barədə iddialar səsləndirilmişdi. 

 

Musavat.com

c419c0d2-36fa-49c9-a693-86aa01fa2fe4.jpg (167 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR