Çexiyanın baş naziri Andrey Babiş ölkəsinin Ukraynaya dəstək üçün maliyyə öhdəlikləri götürməyəcəyini açıqlayıb.
Musavat.com xəbər verir ki, Babiş bu barədə "X" sosial şəbəkəsindəki paylaşımında məlumat verib.
Onun sözlərinə görə, Belçikanın baş naziri ilə razılığa gəlinib ki, Ukraynanın maliyyələşdirilməsi üçün Avropa Komissiyası alternativ mənbələr tapsın.
“Belçika baş naziri ilə razılaşdıq ki, Avropa Komissiyası Ukrayna üçün başqa maliyyə mənbələri tapmalıdır. Büdcəmiz tükənib və vətəndaşlarımızın ehtiyaclarını ödəmək üçün hər bir krondan istifadə etməyə borcluyuq”, – deyə Çexiya hökumətinin başçısı qeyd edib.
Musavat.com






