İnsanlara hürriyət, millətlərə istiqlal!

Ceyms Devid Vens Paşinyanla görüşdü - FOTO

966 09.02.2026 18:15 Son xəbər A A

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin Ermənistana rəsmi səfəri başlayıb.

Musavat.com xəbər verir ki, Ceyms Devid Vens İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüş keçirib.

Görüş zamanı tərəflər ABŞ–Ermənistan münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini müzakirə ediblər. Məlumata görə, danışıqlarda regional təhlükəsizlik, Cənubi Qafqazda sabitlik, iqtisadi əməkdaşlıq və demokratik institutların inkişafı məsələləri əsas müzakirə mövzusu olub.

Səfər çərçivəsində Ceyms Devid Vensin digər rəsmi şəxslərlə də görüşləri planlaşdırılır. Detallar barədə əlavə məlumatın yaxın saatlarda açıqlanacağı gözlənilir.

Qeyd edək ki, görüş İrəvanın Baqramyan prospektində yerləşən prezident rezidensiyasında keçirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR