Məşhur türkiyəli aktyor Ozan Akbaba “Uzak Şehir” teleserialındakı uğurundan sonra böyük reklam müqaviləsi imzalayıb.
Musavat.com xəbər verir ki, serialda Cihan obrazını canlandırmaqla geniş tamaşaçı rəğbəti qazanan aktyor mənzil maliyyələşdirmə brendinin simasına çevrilib.
Əyləncə dünyasından məlumat verən Umut Ünverin bildirdiyinə görə, Ozan Akbabanın bu reklam layihəsindən əldə edəcəyi qazanc 30 milyon TL təşkil edəcək. Artıq çəkilişlərinə start verilən reklam kampaniyasının yaxın dövrdə televiziya və rəqəmsal platformalarda geniş şəkildə yayımlanması planlaşdırılır.
Qeyd edək ki, “Uzak Şehir” serialındakı performansı Akbabanın populyarlığını daha da artırıb və o, reklam dünyasında da ən çox axtarılan simalardan birinə çevrilib. Aktyorun yeni müqaviləsi şou-biznesdə böyük maraq doğurub.
Musavat.com






