İnsanlara hürriyət, millətlərə istiqlal!

Çin hakerlərindən ABŞ Konqresinə böyük hücum - Elektron poçtlar sındırıldı

334 08.01.2026 08:52 Dünya A A

Çinli hakerlər ABŞ Nümayəndələr Palatasının əsas komitələrinin əməkdaşlarının elektron poçt sistemlərini sındırıblar.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times (FT) mənbələrə istinadən yayıb.

Qəzetin məlumatına görə, bu, Çin hökuməti ilə əlaqəli olduğu bildirilən "Salt Typhoon" qrupu ilə bağlıdır. Mənbələrə görə, qrup Nümayəndələr Palatasının Çin üzrə Komitəsinin bəzi əməkdaşları, eləcə də Xarici İşlər, Kəşfiyyat və Silahlı Qüvvələr komitələrinin köməkçiləri tərəfindən istifadə edilən elektron poçt sistemlərinə daxil ola bilib.

Qəzetin mənbəyinə görə, hakerlərin qanunvericilərin elektron poçtlarına daxil olub-olmadığı hələlik məlum deyil. Fakt dekabr ayında aşkar edilib. ABŞ Konqresindən hələlik rəsmi təsdiq yoxdur.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR