Çin Rusiyanın Ukraynaya qarşı təcavüzünə qəti dəstək verir.
Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın NATO-dakı səfiri Metyu Uitaker deyib. Onun sözlərinə görə, Pekin Moskvaya bir telefon zəngi ilə müharibəyə son qoya bilər.
Uitaker Münhen Təhlükəsizlik Konfransında panel müzakirəsi zamanı deyib: "Çin sabah Vladimir Putinə zəng edib bu müharibəyə son qoya bilər, həmçinin ona ikili məqsədli texnologiyalar satmağı dayandıra bilər".
O, əlavə edib ki, Pekin Rusiya neft və qazını almağı dayandıra bilər. Uitaker müharibənin "Çin tərəfindən tam dəstəkləndiyini" vurğulayıb.
Musavat.com






