İnsanlara hürriyət, millətlərə istiqlal!

Çində yeni dövr: robot yol polisi xidmətə başladı

968 10.12.2025 02:02 Dünya A A

Musavat.com xəbər verir ki, Çinin Xançjou şəhərində ilk dəfə olaraq robot yol polisi – Hangxing No.1 ictimaiyyətə təqdim olunub. Yerli yol polisi tərəfindən sifariş edilən bu cihaz artıq küçələrdə sınaq mərhələsindədir və nəqliyyat axınına real vaxtda nəzarət edir.

Hangxing No.1 yalnız hərəkəti tənzimləmir, həm də qayda pozuntularını anında aşkar edir. Motosikletçinin dəbilqəsiz hərəkəti, stop-xəttin keçirilməsi və digər pozuntular dərhal qeydə alınır. Robot sürücüyə səsli xəbərdarlıq da edə bilir.

Robot şəhərin işıqfor sistemi ilə tam sinxron işləyir və ehtiyac yarandıqda rəqəmsal həyəcan siqnalı ötürmək imkanına malikdir. Enerji baxımından da qənaətcildir — bir dəfə şarjla 6–8 saat fasiləsiz işləyə bilir.

Gələcək mərhələdə Hangxing No.1-ə böyük dil modeli inteqrasiya ediləcək. Bu yenilik robotun sürücülərə yol hərəkəti qaydalarını izah etməsinə, marşrut göstərməsinə və daha mürəkkəb vəziyyətlərdə canlı dialoq qurmasına imkan verəcək. 

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR