Danimarka Müdafiə Nazirliyi Qrenlandiya da daxil olmaqla ölkə ərazisinə mümkün hərbi müdaxilə ilə bağlı son dərəcə sərt mövqeyini bir daha təsdiqləyib.
Musavat.com xəbər verir ki, The Telegraph nəşrinin məlumatına görə, 1952-ci ildən qüvvədə olan qayda bu gün də dəyişməz qalır.
Qaydaya əsasən, Danimarka ərazisinə — o cümlədən Qrenlandiyaya — xarici hərbi qüvvələr daxil olarsa, ölkə ordusu heç bir əlavə əmr gözləmədən dərhal atəş açmağa borcludur.
Məlumata görə, söhbət yalnız hərbi işğal ssenarisindən gedir. Belə vəziyyətdə Danimarkanın prinsipi açıqdır:
əvvəl müdafiə, sonra araşdırma.
Qeyd olunur ki, bu norma soyuq müharibə dövründə qəbul edilsə də, hazırkı beynəlxalq gərginlik şəraitində hələ də qüvvədə saxlanılır.
Musavat.com






