Musavat.com xəbər verir ki, Danimarka hökuməti Ukraynanın bu ölkə ərazisində hərbi təyinatlı zavod inşa etməsinə razılıq verib. Bild yazır ki, bu addım NATO daxilində analoqu olmayan ilk qərardır.
Söhbət korrupsiya qalmaqalında adı hallanan Fire Point adlı Ukrayna şirkətindən gedir. Şirkət Danimarkanın Skrüdstrup aviabazasının yaxınlığında raket yanacağı istehsal edən müəssisə quracaq.
Zavodun işə düşməsi 2026-cı ilə planlaşdırılıb. Bu gün Danimarkanın iqtisadiyyat naziri, yerli bələdiyyə rəhbəri və Fire Point-in Danimarka üzrə nümayəndəsi gələcək istehsal sahəsində simvolik olaraq torpağa ilk kürəyi vurublar.
Musavat.com






