İnsanlara hürriyət, millətlərə istiqlal!

“Daşnaksütyun” piket keçirdi

738 11.07.2025 15:08 Region A A

Ermənistanın “Daşnaksütyun” partiyasının gənc üzvləri İstintaq Komitəsinin binası qarşısında etiraz aksiyası keçiriblər.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, aksiya son günlərdə partiya üzvlərinin kütləvi şəkildə saxlanılmasına cavab olaraq təşkil olunub.

Xatırladaq ki, iyulun 10-da hüquq-mühafizə orqanlarının əməkdaşları “Daşnaksütyun”un bir neçə üzvünün evində axtarışlar aparıblar. Nəticədə 7 nəfər saxlanılıb. Onlara qarşı terror aktına hazırlıq ittihamı irəli sürülüb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR