İsveçrə penaltilər seriyasında Kolumbiyanı məğlub etdi
İsveçrə millisi Kolumbiyanı penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edərək dünya çempionatının 1/4 final mərhələsinə yüksəlib.
Musavat.com xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtında tərəflər fərqlənə bilməyib. 120 dəqiqəlik mübarizə 0:0 hesabı ilə başa çatdıqdan sonra qalib penaltilər seriyasında müəyyənləşib.
İsveçrə futbolçuları həlledici zərbələrdə daha dəqiq oynayaraq növbəti mərhələyə vəsiqə qazanıblar.
***
Futbol üzrə dünya çempionatının 1/8 final mərhələsində keçirilən İsveçrə - Kolumbiya qarşılaşmasında qalibin adına penaltilər seriyasında aydınlıq gətiriləcək.
Musavat.com xəbər verir ki, əsas vaxtda hesab açılmadığı üçün matç əlavə vaxta gedib. Əlavə 30 dəqiqədə də komandalar qapılara yol tapa bilməyiblər və oyun penaltilər seriyasına uzanıb.
***
DÇ-2026: İsveçrə - Kolumbiya matçının ilk hissəsi qolsuz başa çatdı
DÇ-2026-nın 1/8 final mərhələsində keçirilən İsveçrə - Kolumbiya qarşılaşmasının ilk hissəsi başa çatıb.
Komandalar fasiləyə 0:0 hesabı ilə yollanıblar.
İlk 45 dəqiqədə topa sahib olma göstəricisində cüzi üstünlük Kolumbiyada olub - 51 faiz. İsveçrə 2, Kolumbiya isə 5 zərbə vurub. Qapıya dəqiq zərbələrdə isə İsveçrə öndədir - 2:1.
00:00***
DÇ-2026: İsveçrə - Kolumbiya oyunu başladı
Musavat.com xəbər verir ki, DÇ-2026-nın 1/8 final mərhələsində İsveçrə və Kolumbiya yığmaları üz-üzə gəlir.
Qarşılaşma Bakı vaxtı ilə 00:00-da başlayıb.
Komandalar turnirdə mübarizəni davam etdirmək və 1/4 finala yüksəlmək üçün meydana çıxıblar.
Musavat.com






