İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Türkiyəni seçdi - Netanyahuya sərt mesajın gizli mənası

1170 08.07.2026 23:39 Dünya A A

ABŞ prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bağlı səsləndirdiyi son açıqlamalar beynəlxalq siyasətdə yeni müzakirələrə yol açıb. Tramp iddia edib ki, Yaxın Şərqdə gərginliyin pik həddə çatdığı dövrdə Ərdoğan İsrailə qarşı hərbi əməliyyatlara qoşulmağa hazır idi, lakin onun şəxsi xahişindən sonra bu qərardan geri çəkilib. Ağ Ev rəhbərinin həm Türkiyənin hərbi gücü, həm də Ankara-Vaşinqton münasibətləri barədə dedikləri diqqət çəkdiyi kimi, F-35 proqramı ilə bağlı mesajları da ayrıca maraq doğurur.

Trampın "əgər mən olmasaydım, Türkiyə müharibəyə girəcəkdi" sözləri nə dərəcədə reallığı əks etdirir? Bu açıqlama Ankara-Vaşinqton münasibətlərində yeni mərhələnin anonsudur, yoxsa siyasi ritorikanın tərkib hissəsidir?

Ədalət partiyasının sədri Mütəllim Rəhimli Musavat.com-a söylədi ki, Tramp yenə də qeyri-standart açıqlamaları ilə bütün dünyanın diqqət mərkəzindədir: "NATO-nun Ankarada keçirilən zirvə görüşündə də ənənəsinə sadiq qalıb. Açıqlamaları ilə bu dəfə daha ciddi məsələlərə toxunub. Dediklərinə qeyri-ciddi yanaşmaq və diqqətə almamaq sadəlövhlük olardı. Zənnimcə, Tramp Ankarada ciddi və ünvanlı mesaj verib. Belə ki, son vaxtlar Trampla İsrailin baş naziri Netanyahu arasında İran və Livana münasibətdə fikir ayrılığı yaranıb. Trampın bütün çağırışlarına baxmayaraq Netanyahu Livanda hərbi əməliyyatları dayandırmır. Üstəlik, yəhudi lobbisi və diasporası ilə ABŞ-nin daxilində Trampa təzyiqlər göstərməkdədir. Bu isə payızda keçiriləcək aralıq seçkiləri öncəsi ABŞ prezidentinə heç də xoş deyil. Belə görünür ki, Tramp onunla təzyiq dilində danışan və hərəkətləri ilə nüfuzdan salan İsraili özünün regionda əsas müttəfiqi kimi görmür. Regional güc sahibliyindən qlobal gücə çevrilməkdə olan Türkiyəyə daha çox etibar edir. Bu seçimində kifayət qədər əsasları da var. Türkiyənin son vaxtlar artan hərbi və siyasi gücü bunu zəruri edir. Tramp Ankara səfəri öncəsi Vaşinqtonda verdiyi açıqlamalarda da Türkiyənin mövcud hərbi gücünə işarə edərək onun nəzərə alınmasının vacibliyini vurğuladı. Bunun davamı kimi Ankarada verdiyi açıqlamada Türkiyənin İsrailə qarşı hərbi əməliyyatlara başlamaq niyyətində olduğunu bildirdi. Bununla demək istəyirdi ki, ABŞ olmasaydı İsrailin varlığı bu gün sual altında olacaqdı. Bu Netanyahuya çox ciddi mesajdır.

Üstəlik, F-35 proqramı ilə bağlı müsbət fikirləri də yuxarıdakı mesajının davamı sayıla bilər".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR