İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəf kimi Paşinyan – baş nazirin növbəti videosu sosial medianı partlatdı - VİDEO

1203 31.12.2025 21:24 Gündəm A A

Musavat.com xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan son günlər sosial şəbəkələrdə paylaşdığı videolarla diqqət mərkəzinə düşüb. Özünü daha çox sosial media fenomeninə xas davranışlarla təqdim edən Paşinyanın ardıcıl paylaşımları cəmiyyətdə və mediada birmənalı qarşılanmır.

Son vaxtlar yeni imiclə çıxış edən baş nazir bu gün səhər saatlarında paylaşdığı videoda əlləri ilə ürək işarəsi göstərərək izləyicilərinə sevgi mesajı göndərib. Günün sonunda isə Paşinyan bu dəfə baraban arxasına keçərək zərb alətində ifasını lentə alıb və videonu şəxsi sosial media hesabında yayımlayıb. Paylaşılan görüntülərdə onun musiqi alətində ritm tutmağa çalışdığı açıq şəkildə görünür.

Azərbaycanda zərb alətlərinin əksəriyyətinə xalq arasında ümumi şəkildə “dəf” deyildiyini nəzərə alsaq, sosial şəbəkə istifadəçiləri və bəzi media resursları Paşinyanı istehzalı şəkildə “dəf çalan baş nazir” kimi təqdim edirlər. Bu görüntülər isə Ermənistan hökumət başçısının davranışlarının dövlət xadiminə uyğunluğu ilə bağlı suallar doğurur.

Müşahidəçilərin fikrincə, Paşinyanın bu cür paylaşımları təsadüfi deyil. Qarşıda onu kifayət qədər ağır və gərgin seçki kampaniyasının gözlədiyi bildirilir. Ehtimal olunur ki, baş nazir bu cür qeyri-ənənəvi videolarla həm gündəmdə qalmağa, həm də sosial şəbəkələr vasitəsilə əlavə seçki xalları toplamağa çalışır.

Musavat.com Paşinyanın baraban - dəf ifası ilə bağlı son özçəkim videosunu oxucularına təqdim edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR