İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli yanğında 55 nəfər ölüb, 268 nəfər itkin düşüb

1644 27.11.2025 12:00 Dünya A A

Honkonqda yerləşən 8 binalıq yaşayış kompleksində baş verən böyük yanğın faciəyə səbəb olub.

Musavat.com xəbər verir ki, hadisə nəticəsində ən azı 55 nəfərin həlak olduğu, çox sayda insanın yaralandığı bildirilib. Yaralılardan ikisinin vəziyyəti kritikdir. Rəsmilər 279 sakinin taleyi barədə hələ də məlumat əldə edə bilməyib.

Tai Po rayonunda baş verən yanğın çoxmərtəbəli Vanq Fuk Kort kompleksini qısa müddətdə bürüyüb. Alovların sürətlə yayılmasına ərazidəki təmir işləri üçün quraşdırılmış bambuk bərəsinin səbəb olduğu deyilir. Yanğının söndürülməsi saatlarla davam edib və 17 ildən sonra ilk dəfə Honkonqda 5-ci səviyyəli yanğın siqnalı elan edilib.

Hadisə yerinə yüzlərlə xilasedici cəlb olunub, ümumilikdə 128 yanğınsöndürmə və 57 təcili yardım maşını əraziyə göndərilib. Ölənlər arasında bir yanğınsöndürənin də olduğu təsdiqlənib.

Kompleksdə 1984 mənzilin və təxminən 4700 sakinin yaşadığı bildirilir. Yanğınla əlaqəli üç nəfər saxlanılıb. Prezident Si Cinpin hadisə ilə bağlı başsağlığı verib, hökumət isə evsiz qalan sakinlər üçün ictimai məkanların gecələməyə açıldığını açıqlayıb. Rəsmilər ölənlərin sayının artmasından narahatdır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR