İnsanlara hürriyət, millətlərə istiqlal!

Deportasiyadan sonra sükut hökm sürür-Gültəkin Hacıbəyli nədən çəkinir?

1683 16.02.2026 13:45 Ölkə A A

Gültəkin Hacıbəylinin adı yenə də gündəmdədir. Fevralın 12-də Türkiyədən Azərbaycana deportasiya edilən keçmiş deputatın susqunluğu haqlı olaraq suallar doğurur.

Halbuki, o, Türkiyədə saxlanıldığı dövrdə sosial şəbəkələrdə kifayət qədər aktiv idi, tez-tez statuslar paylaşır, videolar yayır və şəxsi ətrafında gedən prosesləri operativ şəkildə ictimailəşdirirdi.

Onun Azərbaycana gətirildiyi yöndə məlumatı belə özü deyil, AXCP sədri Əli Kərimlinin Fransada yaşayan müavini Fuad Qəhrəmanlı yaydı.

G.Hacıbəylinin sanki “sözçüsü” funksiyasında iştirak edən F.Qəhrəmanlı nə qədər gülməli görünsə də, Hacıbəylinin susqunluğunu onun telefonunun guya Türkiyədə qalması ilə əlaqələndirdi.

Səslənən iddialarla bağlı Gültəkin Hacıbəylinin də mövqeyini almağa çalışdıq.. Lakin xanım siyasətçi telefonuna cavab vermədi.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli Musavat.com-a bildirdi ki, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ramiz Mehdiyev, Əli Kərimli, Fuad Qəhrəmanlı, Abbas Abbasov və digərləri ilə bağlı açıqladığı faktlar, o cümlədən istintaqa verilən ifadələr, səs yazıları, videogörüntülər və digər məqamlar Gültəkin Hacıbəyliyə danışmaq üçün yer qoymur:

“Gültəkin və digərləri bundan sonra prosesin gedişatına və istintaqın gəldiyi nəticələrə uyğun olaraq, yalnız onların məsuliyyətini və hüquqi statusunu müəyyənləşdirən anlayışların yaratdığı çərçivə daxilində danışa bilərlər və yaxud artıq danışıblar. Gültəkin Hacıbəyli açıqlanan məqamların, bəlkə də əhəmiyyətli hissəsi ilə yaxından tanış olduğu üçün, hələlik istintaq sirri olaraq açıqlanmayan faktların da nədən ibarət olduğunu da, çox güman ki, bilir. Bir də ki, faktlar danışanda söz yığınından ibarət ritorikaya ehtiyac qalmır. Əslində, uzun illər boyu ölkənin ictimai-siyasi mühitini zəhərləyən siyasi üzsüzlərin və onları yemləyənlərin xain əməlləri barədə yaxın 27 il ərzində dəfələrlə yazmışam və danışmışam. Hazırda göz önündə olan faktlarda yer alan əməllərin sahiblərinin kimliyi mənim üçün yeni deyil.

Elçin Mirzəbəyli YAP-a üzv olub?

İllərdir ölkədə çoxpartiyalı siyasi sistemin inkişafına, siyasi qüvvələr arasında sivil və etimadlı münasibətlərin formalaşmasına mane olan, öz kürsülərini qorumaq, onlarsız keçinməyin mümkünsüzlüyü görüntüsü yaratmağa çalışan Ramiz Mehdiyev kimi korporativ maraq ovçularının, mənafe qrupbazlarının cəmiyyətə püskürdükləri “səngər strategiyası”nın keşiyində dayanan bir qrup avantüristin, iyrənc siyasət marionetlərinin antimilli fəaliyyətlərinin mahiyyəti, zatən bəlli idi. Siyasi fəaliyyəti söyüş, təhqir səviyyəsinə endirməklə sivil rəqabətə, siyasi mədəniyyətə, əxlaqa, siyasi mübarizənin estetikasına zərbə vuran bu “küçə uşaqları”nın siyasi arenanı könüllü surətdə tərk etmək niyyətlərinin olmadığını da çox yaxşı bilirdim. Çünki onları idarə edənlərin belə bir məqsədləri yox idi və xain əməllərinin sonsuza qədər davam edəcəyini düşünürdülər. Bu adamlar illər uzunu özlərini cəmiyyətə və onlardan istifadə etmək istəyən anti-dövlət ünsürlərinə, Azərbaycana qənim kəsilən çeşidli dairələrə “narazı elektoratın” təmsilçisi, vasitəçisi kimi təqdim etməyə çalışıblar. Ayrı-ayrı sahələrdə mövcud olan problemlərdən, korrupsioner, rüşvətxor məmurlardan narazı qalan insanların hissləri ilə oynayıblar və elə həmin hissləri də çox ucuz qiymətə bu problemlərin səbəbkarı olanlara satıblar.

Bu adamların siyasi fəaliyyətlərinin ana xəttini şərləmək təşkil edib – Azərbaycan xalqının düşünən beyinlərini, dövlətə, millətə sədaqətlə xidmət edənləri, ölkənin inkişafını arzulayanları və bunun üçün hər cür fədakarlıq etməyə hazır olan insanları və nəhayətdə Azərbaycan dövlətini!

Fuad Qəhrəmanlının “Gültəkin Hacıbəyli telefonunu Türkiyədə unudub” deməsinə gəldikdə isə, doğrusu uzun illər boyu “telefon” funksiyasını yerinə yetirən bir şəxsin telefonunun olduğuna təəcübləndim.

Sən demə “telefon”un da telefonu olurmuş...

Zənnimcə, istər Fuad Qəhrəmanlının, istərsə də digərlərinin açıqlamaları onların siyasi cəhətdən nə qədər bəsit, məntiqli təfəkkürdən, analiz qabiliyyətindən uzaq olduqlarını bir daha təsdiqləyir. Və bir daha sübuta yetirir ki, Mehdiyev kimilərin dəstəyi olmasaydı bu qədər primitiv, “spekulyant” təfəkküründən də aşağı səviyyəyə sahib olan kəslərin siyasi səhnədə olmaları mümkün deyildi”.



Cavanşir ABBASLI
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR